HADİSƏ

Bank hesabından külli miqdarda pul oğurlayan şəxs görün kim imiş

Bakıda vətəndaşın bank kartından oğurluq olub.

Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən məlumata görə, dekabrın 27-də Bakı şəhər sakini Z.Yusifovun bank hesabından 1593 manat pul oğurlanıb.

Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov müəyyən edilərək saxlanılıb

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər