Son günlər Bosniya və Herseqovinanın cənubundakı Kapljina şəhərinin Surmancı bölgəsində məscid və müsəlmanların yaşadığı evlərə çoxlu hücumlar həyata keçirilib.
32gun.az xəbər verir ki, Kaplina İslam Şurasının sədri İmam Adem Suta verdiyi açıqlamada hücum edənlərin şəxsiyyətinin hələ müəyyən edilmədiyini bildirib. Hücumların məscidə qarşı olduğunu bildirən Suta, “Əvvəlcə məscidin şüşələrini sındırdılar, sonra pnevmatik tapança ilə pəncərələrə və qapıya atəş açıblar. Hücumlar ciddi maddi ziyana səbəb olub".
Hücum edənlərin məscidin qarşısındakı musalla daşının üzərinə ölü kərtənkələlər buraxdıqlarını qeyd edən Suta, “Müharibə zamanı evlərini tərk edib sonradan geri qayıdan bosniyalı ailələrin evlərinə də hücum edilib. Bəzilərinin pəncərələri sındırılıb, bəzilərinin evləri qarət edilib. Bu hücumlar həm də maddi ziyana səbəb olub”, - deyə bildirib.
Suta hücum edənlərin bosniyalılara bir növ mesaj verməyə çalışdıqlarını müdafiə edib: "İbadət yerlərimizə və icma üzvlərimizin evlərinə edilən hücumlar əslində dini və milli kimliyimizə qarşı hücumdur".
Suta yerli və beynəlxalq ictimaiyyəti hücumları qınamağa çağırıb.
O əlavə edib ki, Surmancıda boşnaklar üçün təhlükəsiz yaşayış mühiti təmin edilməlidir.
Ayxan