HADİSƏ
SON DƏQİQƏ! Bir ailənin beş üzvü qəzaya düşdü, qadın öldü
Zərdab rayonunun Şıxbağı kəndi ərazisində bir ailə üzvlərinin düşdüyü qəza baş verib.
32gun.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 2-də saat 13 radələrində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub.
Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri - gəlini və 3 nəvəsi xəstəxanaya yerləşdirilib.
Zərdab RPŞ-də araşdırma aparılır.