HADİSƏ
DƏHŞƏTLİ QƏTL! Ağstafada vəzifəli şəxsin oğlu baltalanaraq öldürüldü - YENİLƏNİB
APA-nın məlumatına görə, qətlə yetirilən Elvin Abdullayev Dövlət Sığorta Agentliyin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur.
Polisin keçirdiyi əməliyyat axtarışları zamanı qətli törədən Aynur Abdullayeva saxlanılıb. O, ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib.
Qeyd edək ki, mərhumun iki qız övladı var.
*** 13:03
Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.
32gun.az xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayev balta ilə öldürülüb. Hadisənin onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən törədildiyi bildirilir.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. //report