HADİSƏ
BAKIDA DƏHŞƏTLİ QƏTL! Ər arvadını balta ilə doğradı - FOTOLAR (YENİLƏNİB)
Xəbər verdiyimiz kimi, paytaxtın Əhmədli qəsəbəsi General Əliağa Şıxlinski 29/42 ünvanında qətl hadisəsi törədilib.
32gun.az-ın məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü O.Əliyev həyat yoldaşı N.Əliyevanı baltalayaraq qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.
*** 15:10
Bakıda dəhşətli qətl hadisəsi baş verib.
32gun.az xəbər verir ki, Xətai rayonu General Əliağa Şixlinski küçəsi 29/42 ünvanında ər arvadını balta ilə qətlə yetirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qadının cəsədi tibbi-ekspertiza üçün morqa göndərilib. Qətlin səbəbləri hələlik məlum deyil, bununla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ailənin azyaşlı övladları var.
Nurlan Şiraliyev