Xəbər verdiyimiz kimi, Türkiyənin Niğde bölgəsində yaşayan 15 yalı qız "TikTok" hesabında zorla evləndirilməsi ilə bağlı paylaşım edib.
Niğdedə yaşayan 15 yaşlı qızın zorla ərə verilməsinə cəhdlə bağlı aparılan istintaqda iki ailədən 5 nəfər saxlanılıb.
15 yaşlı A.Ö-nin anası D.Ö, atası B.Ö, 21 yaşlı bəy A.Ö, bəyin anası Ş.Ö və atası S.Ö bu gün polislərr ərəfindən tutulub.
Saxlanılan şəxslər ifadələri alındıqdan sonra məhkəməyə göndərilib.
Niğde yaşayan bibisi oğlu ilə zorla evləndirildiyini deyərək sosial şəbəkədə kömək istəyən 15 yaşlı A.Ö polislər tərəfindən himayə altına alınıb. Məsələyə Ailə və Sosial Siyasətlər Nazirliyi müdaxilə edib. 15 yaşlı qız ailəsindən alınaraq nazirliyin daxilindəki sığınma müəssəsinə yerləşdirilib.
Ayxan