Əskişəhərdə insanlıqdan kənar hadisə baş verib.
32gub.az Türkiyə KİV-nə istinadən bildirir ki, şəhərin Balsu Bulvarında mobil telefonla lentə alınan görüntüdə mikroavtobusun arxasına bağlanan atın şəhər mərkəzinə doğru hərəkət etdiyi görünür.
Videoda yorğun və halsız olan heyvanın bağlandığı mikroavtobusu idarə edən sürücüyə digər sürücülər reaksiya verib.
Havanın temperaturu 40 dərəcəyə qalxdığı bir vaxtda heyvana edilən işgəncə reaksiyalara səbəb olub.
İddialara görə, atın mikroavtobusun arxasından irəliləməsi kilometrlərlə davam edib. Bu duruma laqeyd sürücü həm heyvanın həyatını təhlükəyə atıb, həm də yol hərəkəti qaydalarına məhəl qoymayıb.
Ayxan