DÜNYA
Rusiya Xarkovu “Qrad”dan atəşə tutdu: - Onlarla ölən var (VİDEO/YENİLƏNİB)
Xarkov şəhəri Rusiya ordusuna məxsus “Qrad” reaktiv yaylım atəş sistemləri ilə vurulub.
32gun.az xəbər verir ki, sosial şəbəkələrdə şəhərə endirilən zərbələrin görüntüləri yayılıb.
Olduqca geniş əraziyə təşkil olunan hücum zamanı şəhərə yüzlərlə mərminin düşdüyü ehtimal olunur.
*** 16:04
Rusiya ordusu Xarkov şəhərini bombardman edir.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərə “Qrad” zərbələri endirilib.
Hadisə nəticədə onlarla insan həlak olub, yüzlərlə insan yaralanıb.