MƏDƏNİYYƏT - ŞOU
Nadir Putinlə fotosunu paylaşdı: "Heyf, biz acizik"
Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni foto paylaşıb.
32gun.az-ın sherg.az-a istinadən məlumatına görə, müğənni Rusiya - Ukrayna müharibəsinin getdiyi ərəfədə Prezident Vladimir Putin ilə fotosunu paylaşıb.
"Özü bilər... Biz nəsə deməklə hər şey düzəlsəydi, çox söz deyərdik! Heyf, biz acizik"-, deyə o paylaşımında qeyd edib.
Bəzi izləyicilər sözügedən şəkli Rusiyaya dəstək kimi qiymətləndirib.
İstifadəçilər " o nəyi bilir, günahsız insanlara qəsd edir", "ar olsun", "bu necə yanaşmadır, Putinə söyləmək lazımdır ki, günahsız insanlar ölür. V.Putin özü bilər, nə deməkdir "-, kimi şərhlər bildiriblər.