İstanbulun Beşiktaş səmtində "Fənərbaxça" - "Qlazqo Reyncers" matçını izləməyə gələn şotlandiyalı azarkeşi vuraraq öldürən sürücü həbs olunub.
32gun.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə saat 04:30 radələrində Beşiktaş Sinanpaşa Məhəlləsində baş verib . "Fənərbaxça" - "Reyncers" matçını izləmək üçün İstanbula gələn Şotlandiya vətəndaşı Kristofer Potter dünən axşam əyləncə məkanlarından birində tanış olduğu qadını otelə aparmaq üçün onunla taksiyə minib.
Bir müddət sonra Potter pul çıxarmaq üçün taksini saxlayıb, yolun o tayındakı bankomata gedib pulu götürüb və sonra geri qayıdarkən işıqforun qırmızı işığı piyadalar üçün yandığı zaman əvvəlcə U.C. adlı sürücünün ardından HG adlı şəxsin idarə etdiyi vasitə qəza edib. Potter hadisə yerində ölüb, U.C. və sürücülər HG hadisə yerində yaxalanıb. Polis idarəsində dindirmələri tamamlanan iki sürücü "ehtiyatsızlıqdan adam öldürmə" cinayəti ilə məhkəməyə sövq edilib.
Prokurorluğa ifadələrini verdikdən sonra HG adlı şəxs məhkəməyə çıxarılaraq şərti azadlığa buraxılıb, U.Ç. adlı sürücü tutularaq həbsxanaya göndərilib.
Nilay
****
-->