İDMAN ÖZ XƏBƏR

Danimarka Rusiya komandaları ilə futbol oynamaqdan prinsipial olaraq imtina edib

Danimarka Futbol Federasiyası Rusiya komandaları ilə oynamaqdan imtina edib

32gun.az xəbər verir ki, Danimarka Futbol İttifaqının (DBU) kommunikasiya meneceri Frederik Palle Pedersen Sport24-ə açıqlamasında Rusiya klublarının və millinin beynəlxalq səviyyəyə qayıtmasının əleyhinə olduğunu bildirib.

Onun sözlərinə görə, seçmə turnir oyunlarını neytral meydanda keçirən Belarus millisi də beynəlxalq oyunlarda çıxış etməməlidir.

“Münaqişə davam etdikcə heç bir Danimarka futbol komandası Rusiyaya qarşı oynamayacaq. Turnirin formatından asılı olmayaraq, DBU Rusiya komandaları ilə yarışlarda iştirak etməyəcək. Biz vurğulayırıq ki, Belarus da beynəlxalq futboldan kənarlaşdırılmalıdır, çünki o da münaqişədə iştirak edir”, - Pedersen bildirib.

2022-ci ilin yazında FİFA və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrini nəzərə alaraq, Rusiya millisini , eləcə də bütün Rusiya klublarını bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakdan diskvalifikasiya etmək qərarına gəliblər. Rusiya millisi Avro-2024-ü buraxdı və ruslara da DÇ-2026-nın seçmə turnirinin püşkatma mərasimində iştiraka icazə verilməyib. 

Ayxan 

Oxşar Xəbərlər