Amerikalı alimlər Kolumbiya Universitetində apardıqları araşdırmada adi plastik məhsulların mikroskopik hissəciklərə parçalanaraq, insan hüceyrələrinin nüvələrinə nüfuz edib oradakı DNT-nin fəaliyyətini pozduğunu aşkar ediblər.
32gun.az bildirir ki, araşdırma Nature Communications (NatComms) jurnalında dərc edilib.
Tədqiqatçıların komandası 75-80% plastiklərin, xüsusilə yarımkristal polimerlərin, qat-qat struktura sahib olduğunu tapıblar. Sərt kristal və yumşaq amorf təbəqələrin bir-birini əvəz etməsi nəticəsində plastiklər ətraf mühitin təsiri ilə tədricən parçalanır.
Yumşaq təbəqələr əvvəlcə dağılır və virus ölçüsündə sərt hissəciklər əmələ gətirir ki, məhz bu hissəciklər mikro- və nanoplastiklərə çevrilir.
"Bu hissəciklər əsrlərlə çürümür və artıq Antarktida buzunda və insan qanında aşkar edilib", – deyə tədqiqatın rəhbəri professor Sanat Kumar bildirib.
Alimlər xəbərdarlıq edirlər ki, nanoplastiklərin forması və ölçüsü asbestə bənzəyir, bu da onkoloji və ürək-damar xəstəlikləri risklərini artırır. Ən kiçik hissəciklər hüceyrə nüvələrinə nüfuz edə bilər və potensial olaraq genetiki pozuntulara səbəb ola bilər.
Tədqiqatçılar problemin həlli üçün iki yol təklif edirlər: plastiklərin strukturlarındakı yumşaq təbəqələrin möhkəmləndirilməsi və kütləvi təkrar emal (hal-hazırda plastiklərin yalnız 2%-i təkrar emal olunur).
Nilay