Karyerasını İspaniya La Liqa komandalarından "Real Madrid"də davam etdirən milli futbolçu Arda Gülərin gələcəyi ilə bağlı hər gün xarici mətbuatda fərqli xəbərlər yayılır.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, Çempionlar Liqasında "Real Madrid"i 3:0 hesabı ilə məğlub edən "Arsenal"ın milli futbolçu ilə yaxından maraqlandığı və cavab görüşündən əvvəl transfer görüşünün keçirilə biləcəyi iddia edilib.
İspan mətbuatında yer alan xəbərə görə, Premyer Liqada qorxulu mövsüm keçirən "Mançester Yunayted" Arda Güləri də siyahısına əlavə edib.
“Qırmızı şeytanlar” ın Arda Güləri heyətinə qatmaq üçün 60 milyon avroluq transfer haqqı ödəməyə hazır olduğu iddia edilib. "Mançester Yunayted"in komandanı canlandıra biləcək bir ad axtardığı və Arda Gülərin Premyer Liqada sıçrayış edə biləcəyinə inandığı bildirilib.
Arda Gülərin Real Madriddəki gələcəyinin gələn yay bəlli olması gözlənilir. Karlo Ançelottinin baş məşqçilikdə qalacağı təqdirdə 20 yaşlı futbolçunun komandadan ayrılma ehtimalının olduğu, Xabi Alonso komandanın başına keçsə, Arda Gülərin komandada qala biləcəyi şərh edilib.
Ayxan