İDMAN ÖZ XƏBƏR

Rusiyalı ulduz futbolçu ukraynalı futbolçunun əl sıxmaqdan imtina etməsinə qəribə şərh verib

Ukraynalı futbolçu iki dəfə rusiyalıya əl uzatmaqdan imtina edib

Rusiya millisinin və Fransanın "Monako" klubunun yarımmüdafiəçisi Aleksandr Qolovin Ukraynanın "Benfika" klubunda çıxış edən qapıçı Anatoli Trubinin Çempionlar Liqasında onunla əl sıxmaqdan imtina etməsinə münasibət bildirib.

32gun.az bildirir ki, bu barədə Rusiya mediası məlumat verib.

“İlk dəfə təəccübləndim, çünki ümumiyyətlə unutmuşdum. Əlimi uzatdım, sonra başa düşdüm ki, bunu gözləmək olardı. İkinci oyundan əvvəl isə düşündüm: ‘Bəlkə bu dəfə salamlaşmaq istər.’ Axı biz idmançıyıq, düşmən deyilik. Mənim üçün rəqibə əl uzatmaqda heç bir problem yoxdur. Amma o belə qərar verdi – mən buna ilişib qalmadım. Mənə fərq etmir: nə dostumdur, nə qardaşım. İstəmir – demək istəmir. Heç bir problem yoxdur,” – deyə Qolovin rusiya mediaya müsahibəsində bildirib.

Xatırladaq ki, Trubin bu ilin fevralında mövsümdə ikinci dəfə Çempionlar Liqası matçı öncəsi Qolovinlə salamlaşmaqdan imtina edib.

Doğma şəhəri Donetsk olan ukraynalı qapıçı oyundan əvvəl komandalar arasında baş tutan ənənəvi əl sıxma zamanı Rusiya təmsilçisinə yaxınlaşmayaraq onu görməzdən gəlib.

Komandalar daha əvvəl ötən ilin noyabr ayında da qarşılaşmış, həmin görüşdə də Trubin Qolovini salamlamamışdı.

Ayxan 

Oxşar Xəbərlər