Braziliyalı Liandro de Souza — ölkənin “ən çox tatu etdirən adamı” kimi tanınan şəxs — üzü və bədənindəki tatuların bir qismini sildirib.
3gun.az xəbər verir ki, o, keçirdiyi dəyişiklik barədə O Globoya danışıb.
De Souzanın bədəninin təxminən 95%-i tatu ilə örtülü idi. O, yaxın günlərdə lazer vasitəsilə 170 tatu, o cümlədən üzdəki naxışları sildirib.
“Bu ağrı tatu etdirəndən üç dəfə güclüdür. Hətta anesteziya ilə belə dözülməzdir”, — deyə o etiraf edib.
Onun sözlərinə görə, tatular barədə peşmançılığı tez başlayıb. Marağı 2015-ci ildə boşandıqdan və spirtli içkilərə aludə olduqdan sonra yaranıb. Tatular iş tapmasına mane olur və xoşagəlməz diqqət çəkirdi.
“Özümü pis hiss edirdim, sanki sirk məxluqu idim”, — deyə xatırlayır.
De Souza tatulardan imtina etməyi dini inanclara bağlayır. Ötən ay o, optika salonunda məsləhətçi kimi işə düzəlib.
Yayda isə Almaniyadan olan bir Shaman fanatı onun avtoqrafını tatu etdirib.
Ayaz