ÖZ XƏBƏR
Beyləqanda bu sənədlər hazırlanacaq - 10 min AZN ödəyəcəklər
Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi yeni tender elan edib.
32gun.az xəbər verir ki, sözügedən qurum şəhərdə abadlıq işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınmasını planlaşdırır.
Bu məqsədlə “Global Engineering Management Company” MMC ilə 10.325 AZN məbləğində müqavilə bağlanacağı gözlənilir.
Xatırladaq ki, Beyləqan Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovdur.
Ayaz