DÜNYA

Rusiyadan ŞOK addım: Suriyalı muzdluları polis olmaq vədi ilə aldadıb...

Rusiya Suriyalı muzdluları aldadaraq müharibəyə cəlb edir.

32gun.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, muzdlulara sırf polis funksiyalarını yerinə yetirəcəkləri, işğal olunmuş ərazilərdə nizam-intizam yaradacaqları vəd edilir. Lakin sonda onları döyüşlərin qızğın olduğu ərazilərə göndərirlər.

Rusiyanın Xmeymim hərbi bazasının komandanlığına hər gün 300-ə qədər suriyalını Ukraynaya göndərmək əmri verilib.

Ukrayna hərbi kəşfiyyatının məlumatına görə isə, yaxın vaxtlarda Suriyadan Rusiya və Belarusa işğalçı qüvvələr üçün silah, hərbi texnika və digər resursların daşınması planlaşdırılır.

Həmçinin Suriya prezidenti Bəşər Əsəd Rusiyaya 40 min silahlı təmin edəcəyinə söz verib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər