DÜNYA ÖZ XƏBƏR

Ana keçmiş əri ilə dalaşıb oğlunu qaçırıb - Sevastopolda olay

Rusiyanın Sevastopolda şəhərində bir ananın övladını oğurladığı ilə bağlı araşdırma aparılır. Bu barədə bölgənin Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Hadisə sosial şəbəkələrdə yayılan məlumatlar əsasında məlum olub. Yerli mənbələr bildirir ki, keçmiş həyat yoldaşlar arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın keçmiş əri istəmədiyi halda övladlarını özü ilə aparıb.

Qadına müşayiət edən şəxslər isə kişiyə hücum edərək ona xəsarət yetiriblər. Xəsarətlərin təbiəti barədə məlumat verilməyib.

Hazırda istintaqçılar insan oğurluğu maddəsi üzrə araşdırma aparırlar. Bu vəziyyətə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrykin də diqqət yetirib.

"Rusiya İstintaq Komitəsinin sədri A.İ. Bastrykin Krım Respublikası və Sеваstopol şəhəri üzrə Baş İstintaq İdarəsinin rəhbəri V.N. Terentyevə araşdırmanın gedişi barədə məlumat verməyi tapşırıb" – məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanda müəllim bir qızı oğurlayaraq onu evlənməyə məcbur etməyə çalışmışdı. Qız evə gətirildikdə özünü müdafiə edərək yaxınlarından kömək istəmiş, onu yalnız yaxınları xilas edə bilmişdi.

Ayaz 

Oxşar Xəbərlər