DÜNYA
Həbs olunmamaq üçün üzərək Yunanistana qaçmaq istədi + 35 illik CƏZA
Türkiyədə barəsində 35 il 7 ay müddətinə həbs cəzası verilən şəxs qaçmaq üçün ağlagəlməz yol seçib.
33 yaşlı F.G. həbs olunmamaq üçün Yunanistanın Meis adasına üzərək getməyi düşünüb. O, bu məqsədlə Antalyanın Kaş qəsəbəsi sahillərində üzərkən Sahil Mühafizə əməkdaşları tərəfindən saxlanılıb.
O, daha sonra prokurorluğa təhvil verilib.