ÖZ XƏBƏR
Direktoru Əfsələddin Buğayev 99 min manatı mühafizəçilərə verir
Zaqatala Rayon Mərkəzi Xəstəxanası 2026-cı il üzrə mühafizə xidmətlərinin satın alınması üçün tender elan edib.
32gun.az xəbər verir ki, Satınalmanın ehtimal olunan dəyəri 93 999,84 AZN təşkil edir. Layihə çərçivəsində xidmət rəisi binanın mühafizəsinin təşkili və nəzarəti üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək, həmçinin 12 saatlıq iki post və 24 saatlıq bir post üzrə mühafizəçilərin xidməti təmin ediləcək. Xidmət müddəti 12 ay nəzərdə tutulub.
Qeyd edək ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Əfsələddin Buğayevdir.
Ayaz