Leyla Zeynallı adlı şəxs “Kontakt Home” mağazasından aldığı məhsulla bağlı problem yaşadığını qeyd edib.
32gun.az xəbər verir ki, onun sözlərinə görə, aldığı məhsulu geri qaytarsa da, mağaza nə məhsulu sistemdən çıxarır, nə də hüquqi addım atması üçün tələb olunan rekvizitləri təqdim edir.
Zeynallı bildirir ki, mağazanın hüquqşünasları da məsələni dəqiq bilmədikləri halda müştəri ilə əlaqə saxlayır, lakin problemi həll etmirlər:
“Qandıra bilmirəm ki, mən məhsulu geri qaytarmışam. Deyirəm razılaşmırsınızsa, rekvizit göndərin, məhkəməyə verim. Ya məhsulu çıxartmırlar adımdan, ya da rekvizit vermirlər”.
Şikayətçi qeyd edir ki, problemi hüquqi yolla həll etmək istəsə də, şirkət tərəfindən lazımi məlumatlar təqdim olunmur.
Kontakt Home mağazalar şəbəkəsinin sahibi olduğu iddia edilən sabiq millət vəkili Elnur Allahverdiyev mətbuatda bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. O, 2020-ci ilin mart ayından etibarən sahibkarlıq fəaliyyətini dayandırdığını bildirsə də, son zamanlar onun yenidən biznes fəaliyyətinə qayıtdığı barədə məlumatlar yayılıb.
Ayaz