ÖZ XƏBƏR

Quba Psixonevroloji Reabilitasiya Mərkəzi 72 min manatlıq mühafizə xidməti alır

Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzi əsas binanın təhlükəsizliyinin təmin edilməsi məqsədilə mühafizə xidmətinin satın alınması üzrə tender elan edib.

32gun.az xəbər verir ki,satınalmanın ehtimal olunan dəyəri 72.300 manat təşkil edir.

Tender üzrə nəzərdə tutulub ki, mərkəzdə 1 post 24 saat, 1 post 12 saat rejimində fəaliyyət göstərəcək mühafizə xidməti təmin edilsin. Xidmət müddəti 11 ay davam edəcək.

Ayaz

Oxşar Xəbərlər