ÖZ XƏBƏR

Heydər Əliyevin Dəniz Kənarında Çəkilmiş Fotosu

​Azərbaycanın ulu öndəri Heydər Əliyevin dəniz kənarında çəkilmiş maraqlı fotosu sosial şəbəkələrdə istifadəçilərin böyük diqqətini cəlb edib.

32gun.az yazır ki, qeyri-rəsmi şəraitdə, sadə kadrda görünən Heydər Əliyev həsırdan hazırlanmış kürsüdə oturub, əlindəki kitabı dənizə tərəf tutaraq düşüncələrə dalmış vəziyyətdə təsvir olunub.

Foto dənizin sakit mənzərəsi fonunda, günəşli bir çimərlikdə çəkilib, bu da onun səmimi və təbii görünüşünü bir daha vurğulayır.

Liderin belə bir səmimi və istirahət anını əks etdirən şəkli qısa zamanda minlərlə bəyənmə toplayaraq müzakirələrə səbəb olub. İstifadəçilər fotonu paylaşaraq Ulu öndərin müxtəlif fəaliyyət dövrlərini xatırladıqlarını qeyd ediblər

Nilay

Oxşar Xəbərlər