ÖZ XƏBƏR

Gədəbəy xəstəxanasında 12 min manatlıq mebel satınalması: kreslo, divan, rəhbər mebelləri…

Gədəbəy Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən mebel və avadanlıq mallarının satın alınması ilə bağlı müqavilə bağlanıb.

32gun.az xəbər verir ki,  satınalma Zeynal Əliağa oğlu İbrahimov ilə rəsmiləşdirilib. Müqavilənin ümumi məbləği 12.175 AZN təşkil edir. Satınalma siyahısında xəstəxana üçün nəzərdə tutulan müxtəlif növ mebel və avadanlıqlar yer alır.

Belə ki, müqaviləyə əsasən:

  • 1 ədəd gigiyenik kreslo (kreslo-tualet) – dayaq-hərəkət sistemi problemləri olan xəstələr üçün,

  • 5 ədəd ofis masası (3 siyirtməli tumba ilə),

  • 15 ədəd ofis kreslosu,

  • 8 ədəd 3 oturacaqlı xrom gözləmə stolu,

  • 20 ədəd divar tipli paltar asılqanı,

  • 2 ədəd misafir kreslosu,

  • 1 ədəd 3 nəfərlik divan,

  • 3 ədəd şüşə qapaqlı sənəd dolabı,

  • 25 ədəd “ISO” tipli oturacaq,

  • 5 ədəd metal arxiv şkafı,

  • 1 ədəd rəhbər tipli kreslo,

  • 20 ədəd çarpayı yanı dolabça,

  • 1 dəst rəhbər masası (əsas masa, ön masa, yan masa və şkaf),

  • 1 ədəd klassik üslubda rəhbər kreslosu

alınması nəzərdə tutulub.

Diqqətçəkən məqam ondan ibarətdir ki, satınalma siyahısında rəhbər masası və bir neçə rəhbər tipli kreslo, eləcə də divan və dekorativ ofis mebelləri yer alır. Bu isə dövlət tibb müəssisəsində prioritetlərin düzgün müəyyən edilib-edilməməsi ilə bağlı suallar doğurur.

Ayaz

Oxşar Xəbərlər