ÖZ XƏBƏR
Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalı şlaqbaum alır
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalı şlaqbaumların satın alınması üzrə tender elan edib.
32gun.az xəbər verir ki, ehtimal olunan qiymət 6.703,15 AZN təşkil edir.
Tenderdə alınacaq şlaqbaumlar:
2 qollu şlaqbaum – 800 sm bağlama, sinxron qalxma, avtomatik açılma, maneəyə qarşı sensor, külək və yağışa davamlı, uzaqdan idarəetmə 50 m, 10 pult, minimum 1 il zəmanət.
1 qollu şlaqbaum – 350 sm bağlama, avtomatik açılma, maneəyə qarşı sensor, külək və yağışa davamlı, uzaqdan idarəetmə 50 m, 10 pult, minimum 1 il zəmanət.
Ayaz