ÖZ XƏBƏR

Mədəniyyət Nazirliyinin 149 min manatlıq təmiri dayandırıldı

Mədəniyyət Nazirliyinin tabeliyindəki "ƏSASLI TİKİNTİ VƏ TƏCHİZAT" Məhdud Məsuliyyətli Cəmiyyəti Hacıqabul və Sabirabad Heydər Əliyev Mərkəzlərinin cari təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması üzrə elan etdiyi tenderi ləğv edib.

32gun.az xəbər verir ki, tenderin ləğv edilməsinin səbəbi iştirakçıların sayının yetərli olmamasıdır. Satınalmada iştirak etmək üçün təklif və onun təminatını təqdim etmiş, tələb olunan lisenziya və icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün müsabiqə ləğv olunub.

Ehtimal olunan qiymət 148.850,00 AZN təşkil edirdi.

Oxşar Xəbərlər