ÖZ XƏBƏR

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının tenderi ləğv edildi

“Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi müxtəlif təyinatlı malların və avadanlıqların satın alınması üzrə elan etdiyi tenderi ləğv edib.

32gun.az xəbər verir ki, ehtimal olunan qiymət 43.680,65 AZN təşkil edirdi.

Tenderin ləğv edilməsinin səbəbi iştirakçıların sayının yetərli olmamasıdır. Satınalmada iştirak üçün təklif və təminat təqdim etmiş, tələb olunan lisenziya və icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğundan müsabiqə dayandırılıb.

Tender çərçivəsində alınması nəzərdə tutulan əsas avadanlıqlar və mallar: tibbi arakəsmələr, xəstə xərək və kuşetkalar, yanğınsöndürmə balonları, qazan dəstləri, mətbəx komplektləri və bıçaq dəstləri, paslanmayan metal çanaqlı moykalar, sanitar qadın forması, pərdələr, xəstələr üçün ayaq geyimi, ağ xalatlar, əməliyyatxana üçün yaşıllar, lüminescent lampalar üçün kondensatorlar, polsilən vedrə dəstləri və digər oxşar avadanlıqlar.

Ayaz

Oxşar Xəbərlər