ÖZ XƏBƏR
Regional Su Meliorasiya Xidmətindən yarım milyon manatlıq təmir
“Regional Su Meliorasiya Xidməti” Publik Hüquqi Şəxsi Ağsu rayonu Külüllü-Ağsu magistral su xəttinin əsaslı təmiri üçün tender elan edib.
32gun.az xəbər verir ki, ehtimal olunan qiymət 507.400,00 AZN təşkil edir.Tender çərçivəsində 2,2 km uzunluğunda D355/PN16 boruların alınması, daşınması və quraşdırılması nəzərdə tutulur. Həmçinin təxliyyə qurğuları və vantuzların quraşdırılması işləri də icra olunacaq.
Layihələndirmə işlərinə baş planın hazırlanması, müvafiq təşkilatlarla razılaşdırma, məsuliyyət dərəcəsinə görə qurğuların sinfinin göstərilməsi, layihə cizgilərinin və smeta sənədlərinin hazırlanması, tikintinin təşkili və ekspertiza xərclərinin ödənilməsi daxildir.Nilay