ÖZ XƏBƏR

Qadınlar və qızlar arasında elektron siqaretə meyillər narahatlıq yaradır

Azərbaycanda gənclər arasında siqaretə, xüsusilə də elektron siqaretlərə meyillərin hələ də qalması ciddi narahatlıq yaradır.

32gun.az xəbər verir ki, bu fikir Milli Məclisdə keçirilən üç komitənin birgə iclasında səsləndirilib.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışı zamanı bildirib ki, elektron siqaretlər gənclər arasında sürətlə yayılır və bu tendensiya cəmiyyət üçün təhlükəli siqnaldır. Deputatın sözlərinə görə, xüsusilə qadınlar və gənc qızlar arasında bu vərdişin artması düşündürücü haldır.

Komitə sədri vurğulayıb ki, belə zərərli alışqanlıqların genişlənməsi həm sağlamlıq, həm də sosial baxımdan ciddi problemlərə yol aça bilər və bu məsələ diqqət mərkəzində saxlanılmalıdır.

Ayaz 

Oxşar Xəbərlər