AzTV-nin ilk rəsmi diktoru Natəvan Hacıyevanın nadir fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb
AzTV-nin ilk rəsmi diktoru, tanınmış televiziya xadimi Natəvan Hacıyevanın (1942–2019) arxiv fotosu sosial şəbəkələrdə paylaşılıb və geniş maraq doğurub.
32gun.az bildirir ki, Qara-ağ formatda olan bu görüntü istifadəçilər arasında nostalji hisslər oyadıb, televiziya tariximizə dair xatirələri yenidən gündəmə gətirib.
Paylaşımın şərh bölməsində Natəvan Hacıyevanın səlis nitqi, efir mədəniyyəti və Azərbaycan televiziya məktəbinin formalaşmasındakı rolu xüsusi vurğulanır. Bir çox sosial şəbəkə istifadəçisi onu “televiziya ekranının siması” adlandıraraq, gənc diktorlar üçün nümunə olduğunu qeyd edib.
Natəvan Hacıyeva uzun illər AzTV-də çalışaraq milli televiziyanın ilk illərində efir mədəniyyətinin, aparıcılıq ənənələrinin əsasını qoyan simalardan biri olub. Onun xatirəsi bu cür paylaşımlar vasitəsilə yenidən yad edilir və yeni nəsillərə tanıdılır.
Qeyd edək ki, Natəvan Hacıyeva 2019-cu ildə vəfat edib, lakin onun Azərbaycan televiziya tarixindəki izi bu gün də dərin hörmətlə xatırlanır.
Nilay