ÖZ XƏBƏR

Qarakənd faciəsinin şəhid jurnalisti Alı Mustafayevin ailə fotosu  kövrək anlar yaşatdı

Qarakənd faciəsinin qurbanlarından biri, şəhid jurnalist və Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin (1952–1991) ailə fotosu sosial şəbəkələrdə paylaşılıb.

32gun.az bildirir ki, Alı Mustafayevin həyat yoldaşı Lalə xanım və üç oğlu ilə birlikdə əks olunduğu bu arxiv görüntüsü qısa zamanda geniş maraq doğurub.

Paylaşım istifadəçilər arasında dərin emosiyalar yaradıb, çoxsaylı rəy və bəyənmə toplayıb. Şərhlərdə Alı Mustafayevin Azərbaycan jurnalistikasına verdiyi töhfələr, onun peşə borcunu yerinə yetirərkən şəhid olması və ailəsinin yaşadığı ağrılı taleyə hörmət ifadə olunub.

Xatırladaq ki, Alı Mustafayev 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında baş verən helikopter faciəsi zamanı şəhid olub. O, həyatını həqiqətlərin işıqlandırılmasına həsr etmiş jurnalist kimi Azərbaycan tarixində silinməz iz qoyub.

Paylaşılan foto bir daha göstərir ki, illər keçsə də, şəhidlərin xatirəsi və ailələrinin yaşadığı itki xalqın yaddaşında yaşayır və hər dəfə bu cür görüntülərlə yenidən ürəkləri dağlayır.

Nilay 

Oxşar Xəbərlər