Şəhid Məmmədov Muradın doğum günü ilə bağlı paylaşım - kövrək anlar yaşatdı
Bu gün Vətən uğrunda canından keçmiş şəhid Məmmədov Muradın doğum günüdür.
32gun.az bildirir ki, Onun hərbi xidmətdə olarkən çəkilmiş fotosu sosial şəbəkələrdə paylaşılıb və qısa zamanda geniş rezonans doğurub.
Paylaşım minlərlə istifadəçinin ürəyini dağlayıb, çoxsaylı rəy və bəyənmə alıb. Şərhlərdə şəhid Muradın göstərdiyi qəhrəmanlıq, yarımçıq qalan arzuları və Vətən üçün verdiyi ən ali qurban dərin hüzn və qürur hissi ilə xatırlanıb.
İstifadəçilər şəhidin ailəsinə səbr diləklərini çatdırıb, “doğum günün mübarək, qəhrəman”, “sən daim qəlbimizdəsən” kimi duyğusal ifadələrlə onun xatirəsini yad ediblər.
Şəhid Məmmədov Muradın paylaşılan bu fotosu bir daha göstərib ki, Vətən övladlarının xatirəsi zaman keçsə də unudulmur, onların doğum günləri belə xalq üçün həm qürur, həm də dərin kədər gününə çevrilir.
Ruhu şad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nilay