ÖZ XƏBƏR
Nazirliyin bu idarəsi 2 yeni xidməti avtomobil alır: 391 min manata
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tesisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi 2 ədəd xidməti nəqliyyat vasitəsinin satın alınması üzrə keçirilən tenderin qalibi “TOYOTA”-Bakı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
32gun.az xəbər verir ki, müqavilənin dəyəri 391.000 AZN təşkil edir.
Tender çərçivəsində alınacaq avtomobillər qara rəngli, 5 oturacaqlı, 2025-ci il istehsalı, 3445 cm³ mühərrik həcmi, 6 silindrli, 10 pilləli avtomatik transmissiyaya malik olmalıdır.
Nilay