Şəki Dram Teatrında 27 minlik müqavilə bağlandı
Şəki Dövlət Dram Teatrı istehlakyönlü müxtəlif xidmətlərin satın alınması ilə bağlı tenderi yekunlaşdırıb.
32gun.az xəbər verir ki, tenderin qalibi “PROQRES QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 27.327,8 AZN məbləğində müqavilə bağlanıb.
Satınalma çərçivəsində teatr səhnələri üçün müxtəlif dekorasiya və rekvizitlər nəzərdə tutulur. Bunlara xarabaya dönmüş qalanın uçuq divarlarını, dar ağaclarından asılmış xürrəmilərin manekenlərini əks etdirən dəhşət doğuran səhnələr üçün dəmir profillər və reykalar, zindan və saray səhnələri üçün müxtəlif ölçülü metal konstruksiyalar, kovralit, arxa pərdələr, kulis paduqaları daxildir.
Bununla yanaşı, IX əsrə aid ərəb hərbi-sosiomədəni uniformoloji sistemini əks etdirən hərbi geyim dəstləri, xürrəmilərin xüsusi səhnə geyimləri, həmçinin İbn Zeyd, İbn Süheyl, Ağsaqqal və Xala obrazları üçün detallı təsvirlərlə hazırlanacaq fərdi kostyumlar da satın alınacaq.
Ayaz