ÖZ XƏBƏR

Şamaxıda yolların əsaslı təmiri üçün yarım milyon manatdan çox vəsait ayrılır

Şamaxı Rayon İcra Hakimiyyəti Şamaxı şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması ilə bağlı müvafiq prosedura start verib.

32gun.az xəbər verir ki, layihə çərçivəsində şəhər ərazisində yol infrastrukturunun yenilənməsi, mövcud problemlərin aradan qaldırılması və hərəkətin daha rahat təşkili nəzərdə tutulur.

Satınalma üzrə ehtimal olunan qiymət 517.535,02 AZN təşkil edir. Təmir işlərinin icrası nəticəsində şəhərdaxili yolların texniki vəziyyətinin yaxşılaşdırılması və vətəndaşların gündəlik hərəkətində yaranan çətinliklərin minimuma endirilməsi hədəflənir.

Ayaz

Oxşar Xəbərlər