ÖZ XƏBƏR

Şəki Rayon Psixiatriya Xəstəxanasında mühafizə xidməti üçün satınalma aparılır

Şəki Rayon Psixiatriya Xəstəxanası mühafizə xidmətinin satınalınması ilə bağlı müvafiq prosedura start verib.

32gun.az xəbər verir ki, satınalma çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə 1 bölmə rəisi, 4 post üzrə (4 nəfər – 7 gün 24 saat), 2 gündüz postu (6 gün 7 saat) və 1 patrul postu nəzərdə tutulur. Mühafizə xidmətinin müddəti 10 ay təşkil edir.

Satınalma üzrə ehtimal olunan qiymət 102.600,00 AZN olaraq müəyyən edilib.

Ayaz

Oxşar Xəbərlər