ÖZ XƏBƏR
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində 76 minlik satınalma
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi mühafizə xidmətinin satınalınması ilə bağlı prosedura start verib.
32gun.az xəbər verir ki, satınalma çərçivəsində xəstəxana binasının təhlükəsizliyinin təmin olunması məqsədilə 24 saatlıq növbə ilə 2 post mühafizə xidmətinin göstərilməsi nəzərdə tutulur. Xidmətin müddəti 10,5 ay təşkil edir.
Satınalma üzrə ehtimal olunan qiymət 76.000,07 AZN olaraq müəyyən edilib.
Ayaz