ÖZ XƏBƏR

Urmiya şəhərində ögey övladına işgəncə verərək onun ölümünə səbəb olan qadın edam edilib

Qərbi Azərbaycan Vilayəti Ədliyyə İdarəsinin rəhbəri Naser Atabati bildirib ki, ögey anasının işgəncələri nəticəsində həyatını itirən Ava adlı uşağın bioloji anası təqsirli şəxsə qarşı “qisas” hökmünün tətbiq olunmasını tələb edib.

32gun.az bildirir ki, bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb.

Atabati qeyd edib ki, qisas hökmü bu gün (15 dekabr) səhər saatlarında yerinə yetirilib.

Onun sözlərinə görə, ictimaiyyət də cəzanın qisas yolu ilə icra olunmasını dəstəkləyib. Edam qərarı həm birinci instansiya məhkəməsi, həm də Ali Məhkəmə tərəfindən təsdiqlənib.

Qeyd edək ki, 2023-cü ildə cəmi 4 yaşında olan Ava beyin zədələnməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilmiş, 10 gün davam edən həyat mübarizəsindən sonra vəfat etmişdi. Aparılan araşdırmalar nəticəsində uşağın beyin zədəsinin ögey anasının verdiyi işgəncələr səbəbindən yarandığı müəyyən olunmuşdu. Təqsirli bilinən qadın son iki il ərzində həbsdə saxlanılırdı.

Ayaz 

Oxşar Xəbərlər