ÖZ XƏBƏR
Qəlbinin gözəlliyi fotoya yansıdı: Leyla Əliyevanın səmimi davranışı hər kəsi heyran etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın öz sosial şəbəkə hesabında paylaşdığı yeni foto izləyicilər tərəfindən böyük rəğbət və sevgini qazanıb.
32gun.az bildirir ki, Fotoda Leyla Əliyevanın bir uşağı qucaqlamaq üçün səmimiyyətlə əyilməsi, onun uşaqlara olan sonsuz sevgisini və təvazökarlığını bir daha nümayiş etdirir. Fondun fəaliyyətində xüsusi yer tutan humanist dəyərlər bu kadrda öz real əksini taparaq izləyiciləri mütəsir edib. Paylaşıma gələn çoxsaylı rəylərdə onun qəlbinin gözəlliyi və insanlara qarşı olan xüsusi həssaslığı yüksək qiymətləndirilib. Bu səmimi kadr qısa zamanda sosial medianın ən çox bəyənilən və paylaşılan görüntülərindən birinə çevrilib.
Ayaz