ÖZ XƏBƏR

Azərbaycan Respublikasının Kino Agentliyi kompüter və avadanlıq alıb – 74 min AZN-lik müqavilə

Azərbaycan Respublikasının Kino Agentliyi “CHECK İT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə kompüter və ofis avadanlıqlarının satınalınması üzrə müqavilə bağlayıb.

32gun.az xəbər verir ki, müqavilənin dəyəri 74 min 967 manat 85 qəpik təşkil edir. Alınan avadanlıqlar arasında lan kabel, kondisioner, portativ kondisionerlər (isti və soyuq hava, şkaf tipli), proyektor pərdəsi, printer-pro, notebook, simsiz internet paylayıcısı, Wi-Fi router, şəbəkə paylayıcısı, monitor, təqdimat üçün uzaqdan idarəetmə pultu (clicker), HDMI 4K, printer, qrafik dizayn üçün kompüter, telefon və digər texniki vasitələr yer alıb.

Ayaz

Oxşar Xəbərlər