ÖZ XƏBƏR
Bakı Şəhər Narkoloji Mərkəzi mühafizəyə 49 min manat ayırır
“Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi mühafizə xidmətinin satın alınması ilə bağlı tender elan edib.
32gun.az xəbər verir ki, xidmət bir 16 saatlıq post və bir 12 saatlıq post olmaqla təşkil ediləcək.
Satınalma 10 ay müddətini əhatə edir və bu xidmət üçün ehtimal olunan qiymət 49.000 manat müəyyənləşdirilib.
Qeyd edək ki, dövlət tibb müəssisələrinin mühafizə xidmətlərinə ayırdığı vəsaitlər büdcə xərclərinin səmərəliliyi baxımından ictimai müzakirələrə səbəb olur.
Ayaz