Təhsil Nazirliyi İT avadanlıqlarına 268 min manat xərcləyir
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi İT avadanlıqlarının satın alınması üzrə tenderi tamamlayıb.
32gun.az xəbər verir ki, tenderin qalibi “Caspian Supplies AZE” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və müqavilənin məbləği 268.196,3 manat təşkil edir.
Satınalma çərçivəsində aşağıdakı avadanlıqlar təmin ediləcək:
75" İnteraktiv Monitor (22 ədəd) – 4K UHD, 60 Hz, “Zero-Bonding” toxunma texnologiyası, 8 GB RAM, 128 GB yaddaş, Android 13 EDLA əməliyyat sistemi, çoxlu HDMI/USB portları, Wi-Fi 6, Bluetooth 5.0, audio sistemi, stylus və aksessuarlar ilə birlikdə. Eyni vaxtda 50 nəfərin toxunuşunu dəstəkləyir.
86" İnteraktiv Tədris Lövhəsi (7 ədəd) – All-in-One dizayn, 4K LED/LCD ekran, multi-touch, daxili Wi-Fi və Bluetooth, daxili dinamik və mikrofon, OPS modul qoşulması dəstəyi, uzaqdan idarəetmə, divar montaj dəsti və simsiz ekran paylaşma imkanları.
12 diskli 2U NAS server (1 ədəd) – 32 GB RAM, AMD Ryzen 7000 seriyası 8C16T prosessor, M.2 SSD cache, 12×3.5" HDD dəstəyi, 20 TB yaddaş, 2×550 W redundant PSU, PCIe Gen 4 dəstəyi.
İnteraktiv Video Konfrans Lövhəsi (3 ədəd) – All-in-One qurğu, 86 düym 4K ekran, multi-touch, daxili kamera, mikrofon, dinamik, Android 11 və ya daha yeni əməliyyat sistemi, videokonfrans və təqdimat funksiyaları, uzaqdan idarəetmə və simsiz ekran paylaşma dəstəyi.
Qeyd edək ki, bu avadanlıqlar təhsil müəssisələrində interaktiv tədris və videokonfrans sistemlərinin inkişafını təmin etmək məqsədilə alınır və dövlət büdcəsindən ayrılan vəsaitin həcmi diqqət çəkir.
Ayaz