Xaçmaz Rayon İcra Hakimiyyəti 115 min manata rayonu abadlaşdırır
Xaçmaz Rayon İcra Hakimiyyəti abadlıq işlərinə 115 min manat xərcləyir
Xaçmaz Rayon İcra Hakimiyyəti müxtəlif mal-materialların satın alınması üçün tender keçirib.
32gun.az xəbər verir ki, tenderin qalibi “Safari” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və ehtimal olunan qiymət 115.640 manat təşkil edir.
Satınalma çərçivəsində təmin olunacaq əsas maddələr bunlardır:
Eldar şamı – Pinus eldarica Medw, minimum hündürlük 2 metr, 4.000 ədəd.
Zibil konteynerləri (0.5 kub m / 550 litr) – dəmir, qalınlıq 2,5 mm, xüsusi avtomobillərlə yığılmaq üçün, 100 ədəd.
Zibil konteynerləri (1,1 kub m / 1100 litr) – yüksək sıxlıqlı polietilen, 200 mm təkər, pedal mexanizmi ilə qapaq, 170 ədəd.
Parklarda tullantı üçün dəmir zibil qutusu – ölçülər 400×400×950 mm, taxta üzlüklə, 20 ədəd.
Abadlıq üçün idman qurğuları – müxtəlif bədən inkişaf alətləri və idman cihazları, 1 dəst.
Uşaq oyun meydançası – iki sürüşkən, iki yelləncək, tərəzi balans, turbalı ikili yelləncək və digər elementlərlə, 1 dəst.
Qeyd edək ki, bu satınalma Xaçmaz rayonunda parkların, uşaq meydançalarının və abadlıq işlərinin təkmilləşdirilməsi üçün nəzərdə tutulub və vəsaitin səmərəli istifadəsi ictimai maraq doğurur.
Ayaz