ÖZ XƏBƏR

Xocavənd Rayon Mərkəzi Xəstəxanası “KRİPTO LAB”dan inventar alacaq

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyində olan Xocavənd Rayon Mərkəzi Xəstəxanası müxtəlif növ inventarların satın alınması üzrə tenderin qalibi olaraq “KRİPTO LAB” Məhdud Məsuliyyətli Cəmiyyətini seçib.

32gun.az xəbər verir ki, şirkətlə bağlanacaq müqavilənin dəyəri 6.549 AZN təşkil edir.

Satınalma çərçivəsində xəstəxana üçün 3-lü oturacaq, rəhbər kreslosu, həkim üçün 2 siyirməli stol, dərman şkafı, mebel dəsti, 2 qapılı paltar dolabı və əlil arabası təmin ediləcək.

Tenderin nəticəsi xəstəxananın gündəlik fəaliyyətinin təmin edilməsi və işçilər üçün zəruri avadanlığın vaxtında təmin olunmasını hədəfləyir.

Ayaz

Oxşar Xəbərlər