SON DƏQİQƏ! Rusiya etiraf etdi: 93 nəfər... (VİDEO)
Rusiya mülki geyimdə olan 93 nəfəri öldürdüyünü etiraf edib.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev keçirdiyi konfransların birində açıqlama verib.
"Ukrayna onlayn voyna" telegram səhifsinin yaydığı məlumatda isə " Rusiya bununla dünyanı Mariupolda baş verə biləcək hadisələrə hazırlayır. Dəhşətli mülki itkilər onların maskalanmış nasist olmaları ilə izah ediləcək" deyə bildirilir.
Qeyd edək ki, 2014-cü ildən Rusiya müdafiə mərkəzinə başçılıq edən Mixail Mizintsev, 2017-ci ildə general-polkovnik rütbəsi alıb.
2016-cı ildə Suriyadakı rus ordusunu başçılıq edən Mizintsevin Hələb şəhərində yüzlərlə mülki şəxsi öldürdüyü bildirilir.
Ukrayna rəsmilərinin sözlərinə görə, Mariupoldakı teatr binasının və uşaq evinin bombalanması əmrini də məhz rus general Mixail Mizintsev verib.
Nurlan Şiraliyev