DÜNYA

İsraildə kafedə atışma baş verib - xəsarət alanlar var (ANBAAN GÖRÜNTÜLƏR)

İsrailin Rahat şəhərində baş verən atışma nəticəsində azı 5 nəfər yaralanıb.

32gun.az  xarici mətbuata istinadən xəbər verir ki, hadisə cümə günü baş verib. Bir neçə naməlum şəxs kafeyə soxulub və hamıya atəş açıb. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır, qalanları isə orta-ağır xəsarətlər alıb.

Polis hadisə ilə bağlı dörd şübhəlini saxlayıb.

Oxşar Xəbərlər