SON DƏQİQƏ! Lavrov AÇIQLADI: "Hərbi əməliyyatlar bu şərtlə dayandırılacaq"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Kiyevlə danışıqlar prosesini davam etdirəcəyini, lakin hərbi əməliyyatların hələlik dayandırılmayacağını bildirib.
32gun.az xəbər verir ki, Lavrov bu barədə “Rossiya 24” telekanalına müsahibəsində bildirib:
"Mən bizim (danışıqların) davam etdirilə bilməməsi üçün heç bir səbəb görmürəm, baxmayaraq ki, Ukrayna tərəfi hər dəfə, bəzən 180 dərəcə dönüb, məsələn, bir neçə gün əvvəl özünün irəli sürdüyü təklifi rədd edir. Bununla belə, biz səbirli və israrlı insanlarıq".
Bu halda hərbi əməliyyatlarda heç bir fasilə olmayacaq. Lavrovun sözlərinə görə, danışıqların birinci raundu ərəfəsində Putin atəşkəs barədə göstəriş verib, lakin Ukrayna “qarşılıq verməyib”.
"Biz əmin olanda ki, ukraynalılar qarşılıq verməyəcəklər, qərara alındı ki, danışıqların növbəti raundları üçün heç bir fasilə olmayacaq. Yekun razılaşmalar əldə olunana qədər, onlar imzalanana qədər", - Lavrov cavab verib.
Nurlan Şiraliyev