SOSIAL

Vahid Əhmədov Baş nazirdən bunu XAHİŞ ETDİ

“Baş nazirdən xahiş edirəm ki, 2023-cü ildə ehtiyac meyarı anlayışı büdcədən çıxarılıb yaşayış minumumu sözü ilə əvəz edilsin”. 

32gun.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisdə büdcə müzakirələrində deyib. 

O çıxışında qeyd edib ki, Azərbaycan kənardan çoxlu ərzaq malları idxal edir: “Ona görə qiymət artımı baş verir. Ancaq bununla yanaşı daxildə olan məhsulların da qiymətində artım var. Bunun qarşısını almaq üçün sahibkarlara kreditin verilməsində faizləri aşağı salmaq lazımdır. Həmçinin kreditlərdə girov məsələsini də aradan qaldırmalıyıq”.

Oxşar Xəbərlər