DÜNYA

Lukaşenkodan müharibənin taleyi ilə bağlı PROQNOZ - Rusiya...

"Rusiya Ukrayna münaqişəsində uduza bilməz".

32gun.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Associated Press” agentliyinə müsahibəsində bildirib.

O, qeyd edib ki, yalnız Belarus Rusiya Federasiyasını dəstəkləyir, eyni zamanda “50-yə qədər dövlət birləşmiş qüvvələrə qoşulub” və Ukrayna tərəfində döyüşür.

Bundan əvvəl Lukaşenko AP-yə müsahibəsində nüvə silahından istifadənin qəbuledilməz olduğunu bildirmişdi. Əks halda, onun fikrincə, “qlobusumuz orbitdən qopub çıxa bilər və biz heç kimin bilmədiyi yerə uçarıq”.

O, həmçinin rusiyalı həmkarı Vladimir Putinlə inkişaf etdirdiyi açıq və dostluq münasibətlərindən danışıb. Onun sözlərinə görə, müəyyən məsələlərin müzakirəsi zamanı iki prezident arasında dialoq açıq və dürüst olaraq qalır.

Həmçinin bildirib ki, onlar öz aralarında həyasızlığa və kobudluğa yol vermirlər.

Belarus lideri Rusiya ilə “bütün sahələrdə, o cümlədən istehsalat sahəsində əməkdaşlığa hazır olduğunu da təsdiqləyib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər