DÜNYA
Ramzan Kadırov ruslara çağırış etdi - Biz hamımız səfərbər olmalıyıq...
Çeçenistanın rəhbəri Ramzan Kadırov rusları səfərbərlik elan etmədən ölkənin müdafiəsinə qalxmağa çağırıb.
32gun.az-ın xəbərinə görə, Ramzan Kadırov hesab edir ki, Rusiya Federasiyasında səfərbərliyə ehtiyac yoxdur, ruslar özləri birləşməli və ölkənin müdafiəsinə qalxmalıdırlar.
"Mənə tez-tez sual verirlər: səfərbərlik olacaqmı? Mən də cavab verirəm: heç kim səfərbərlik elan etməməlidir. Biz hamımız səfərbər olmalıyıq, prezidentimizin ətrafında dayanıb dövlətimizin təhlükəsizliyini təmin etməliyik", - deyə, Kadırov bildirib.
Nurlan Şiraliyev